13 oktyabr 2025 10:10
235

Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü keçirilir

Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.

Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələlərinin müzakirə ediləcəyi gözlənilir.