14 oktyabr 2025 08:20
95

Regional əməkdaşlıq və strateji vizyon

10 oktyabr 2025-ci il tarixində Tacikistan paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Azərbaycanın Prezidenti İlham Əliyev bu iclasda mühüm məqamları diqqətə çatdırdı, MDB daxilində birgə əməkdaşlıq, regional təhlükəsizlik və mədəni addımların vacibliyini vurğuladı.

Çıxışına əvvəlcə Tacikistan Prezidenti Emoməli Rəhmon və qonaqpərvərliyə görə minnətdarlıqla başlayan İlham Əliyev Tacikistanın paytaxt şəhəri Düşənbənin inkişafından məmnunluğunu ifadə etdi. O, ölkənin sürətlə modernləşdiyini, yeni tikilmiş binaların və infrastruktur layihələrinin şəhərə yeni həyat bəxş etdiyini vurğuladı. Bu ifadələr həm diplomatik salamlaşma, həm də MDB daxilində dostluq mesajı idi.Prezident çıxışında MDB daxilində “qarşılıqlı inam, birlik və əməkdaşlıq” prinsiplərinin davamlı olmasının vacibliyini qeyd etdi. Buna misal olaraq, dövlətlər arasında iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsini önə çıxardı. Azərbaycanın Şərqi Zəngəzurda Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsini xatırladaraq, bu təşəbbüsün Türk dünyasının mədəni əlaqələrini daha da möhkəmləndirəcəyini söylədi.

İlham Əliyev çıxışında MDB məkanında keçirilən idman və mədəni tədbirlərə də toxundu. O, III MDB Oyunlarının Gəncə şəhərində və regionun digər şəhərlərində keçirilməsini nümunə göstərərək, bu cür tədbirlərin ölkələrarası dostluğu, qardaşlığı və mədəni əlaqələri gücləndirdiyini bildirdi.

Prezidentin çıxışında regional təhlükəsizlik məsələləri mühüm yer tutdu. İlham Əliyev bildirdi ki, MDB daxilində hərbi, inteqrasiya, informasiya təhlükəsizliyi sahələrində birgə yanaşma olmalıdır. O, Türk dövlətlərinin bu birlikdə vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini vurğuladı — bu, regional sabitliyə və təhlükəsizliyin qorunmasına böyük töhfə verə bilər.

Əsli Heydərzadəh,
YAP Xətai rayon təşkilatının fəalı