13 oktyabr 2025 18:29
123

HƏMAS dörd girovun meyitlərini İsrailə təhvil verəcək

"Əl-Qəssam" qruplaşması (HƏMAS hərəkatının hərbi qanadı) bu gün dörd həlak olmuş İsrail girovunun meyitlərini təhvil verəcəyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadının məlumatında bildirilib.

"Mübadilə sazişi çərçivəsində "Əl-Qəssam" briqadaları oktaybrın 13-də dörd girovun meyitlərini təhvil verəcək", - məlumatda qeyd olunub.

KİV-in məlumatlara görə, Qay İluz, Yosi Şarabi, Bipin Coşi və Daniel Perezin meyitləri təhvil veriləcək.