13 oktyabr 2025 17:53
100

Bəzi yerlərdə yağış yağır, külək əsir, duman müşahidə edilir - FAKTİKİ HAVA

Oktyabrın 13-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

“İki sahil” Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinaedən xəbər verir ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Goranboyda 23, Lerik, Culfada 21, Mingəçevirdə 18, Kəlbəcərdə 17, Balakən, Şəmkir, Gəncədə 16 metrə çatır.

Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Quba, Şahdağ, Balakən, Şəki, Zaqatala, Xaçmaz, Qusar (Laza), Qax (Sarıbaş), Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Sabirabadda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Şəki, Balakən, Qax (Sarıbaş), Göygöl, Lerikdə duman müşahidə olunur. Görmə məsafasi 500 metrədək məhdudlaşır.