13 oktyabr 2025 17:29
130

Donald Tramp Qəzzanın bərpasına kömək etməyi öhdəsinə götürən ölkələrə təşəkkür edib

“Mən ərəb və müsəlman ölkələrinə Qəzzanın təhlükəsiz bərpasını dəstəkləməyə göstərdikləri sadiqliyə görə təşəkkür etmək istəyirəm”.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail Knessetində çıxışı zamanı bildirib.

“Bundan başqa, bir çox ərəb ölkələri çox varlıdır. Onlar bildirdilər ki, biz Qəzzanın bərpası üçün böyük məbləğdə vəsait ayıracağıq. Mən inanıram ki, bu, belə də olacaq”, – deyə Donald Tramp vurğulayıb.