09 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Rəssamlar İttifaqının üzvü rəssam Elnarə İskəndərovanın yaradıcılığının 25 illiyinə həsr olunmuş rəsm sərgisi keçirilib.
Sərgidə rəssamın 40-a yaxın rəsm əsəri nümayiş olunub.
Belə sərgilərin keçirilməsində əsas məqsəd istedadların üzə çıxarılması və onların tanıdılmasıdır.
Elnarə İskəndərova bir sıra dövlət səviyyəli tədbir və sərgilərdə iştirak edərək uğurlu nəticələr əldə edib. 2019-2020-ci illərdə BMT-tərəfindən Gender bərabərliyi layihəsi çərçivəsində keçirilmiş tədbirdə sertifikatla təltif olunub. 2019-cu ildə İsveçrədə təşkil olunmuş sərgidə Azərbaycanı uğurla təmsil edib.
Çıxışçılar Elnarə xanımı bu sərgi münasibəti ilə təbrik edib və ona yaradıcılıq uğurları arzulayıblar.
Sərgi boyu müğənnilərin ifa etdikləri bir-birindən gözəl ifalar, rəqslər tədbirə xüsusi ahəng qatıb.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək