Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə DSX ilə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, DSX və DGK-nın birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qarabağ Universitetində tələbə həyatı: Məqsədimiz yalnız ixtisaslı mütəxəssis deyil, hərtərəfli şəxsiyyət yetişdirməkdir
Gələcəyin məzunu yalnız iş axtaran deyil, dəyişiklikləri qabaqlayan mütəxəssis olmalıdır - Şahin Bayramov