Xalq artisti, tarzən Ramiz Quliyev xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu, dirijor Əyyub Quliyev məlumat verib.
Onun sözlərinə görə, müalicə prosesi Heydər Əliyev Fondu tərəfindən nəzarətdə saxlanılır:
"Hazırda səhhətində müsbət dinamika hiss olunur, yaxşıya doğru irəliləyiş var. Əsas məsələ böyrəkləri idi ki, onlar da funksiyalarını bərpa edirlər".
Ə.Quliyev Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək