Nyu-Yorkun Comex birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti ilk dəfə olaraq 1 troy unsiyası üçün 3750 dolları ötüb.
“İki sahil” xəbər verir ki, qızılın qiyməti 1 troy unsiyası üçün 3 751,50 dollara çatıb (1,23% artıb). Daha sonra qiymətli metal 1 troya unsiyası üçün 3,754 dollara (1,29% artaraq) qədər yüksəlməyə davam etdi. Sentyabrın 15-də qızılın qiyməti ilk dəfə olaraq 3700 dollara çatıb.
Qızılla yanaşı, gümüşün də qiyməti qalxır. 2011-ci ilin avqustundan bəri ilk dəfə bir troy unsiyası üçün 44 dolları ötüb.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib