Bakıda III Beynəlxalq Statistika Forumu keçiriləcək.
“İki sahil” xəbər verir ki, Ümumdünya Statistika Günü ilə əlaqədar təşkil ediləcək Forum Dövlət Statistika Komitəsi və Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə planlaşdırılır.
Forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusun həsr ediləcək və 24-26 sentyabr tarxilərini əhatə edəcək.
Məlumata görə, Forumda 15 ölkənin və 10 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət nümayəndələrinin və ekspertlərin iştirakı nəzərdə tutulur.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib