18 sentyabr 2025 21:13
87

Qəzza zolağında zabit məktəbinin komandiri və dörd kursantı həlak olub

Qəzzanın cənubundakı Rəfahda partlayış nəticəsində "Dekel" batalyonunda (zabitlər məktəbi) bir komandir və dörd kursant həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Daha üç nəfər isə yaralanıb.

"Hadisə səhər saat 9:30 radələrində Rəfahın Cenin bölgəsində əməliyyat zamanı, zirehli D9 buldozeri və onun ardınca iki "Humvee" yolu təmizləyərkən baş verib", - İsrail Müdafiə Ordusu bildirib.

İstifadə olunan partlayıcının növünün müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.