Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən üç şirkətə - "Meta-Kapital", "Money Shop" və "Delta Capital" MMC-lərə icrası məcburi göstəriş verib.
“İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, adıçəkilən şirkətlər "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 7.1-ci bəndinin tələblərini pozaraq 2025-ci ilin avqust ayının sonuna hesabatları təqdim etməyib. Odur ki, "Valyuta tənzimi haqqında" qanunun 13-7.1.2-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstərişlər verilib.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib