18 sentyabr 2025 14:30
82

ABŞ Prezidenti Britaniyanın Baş naziri ilə görüşüb

ABŞ Prezidenti Donald Tramp Britaniyaya dövlət səfəri çərçivəsində bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmerin iqamətgahı Çekersə gəlib.

“İki sahil” xəbər verir ki, görüşdən sonra Kir Starmer və Donald Trampın birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, dünən Vindzor qəsrində ABŞ Prezidenti Donald Tramp Kral III Çarlz ilə görüşüb. Onun şərəfinə dövlət ziyafəti təşkil olunub. Kral III Çarlz çıxışında Tramp və həyat yoldaşını Böyük Britaniyada qarşılamaqdan duyduğu məmnuniyyəti ifadə edib.