17 sentyabr 2025 17:07
109

CASCFEN-in “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi yekunlaşıb -  FOTO

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin  (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihə yekunlaşır. Sentyabrın 17-də layihə çərçivəsində yekun tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbirin giriş hissəsinin aparıcısı Serdar Serderan Şengül tədbiri açıq elan edib. Sonra Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunda keçirilən tədbir Türk dünyasının birliyi üçün tarix boyu fədakarlıqlar edənlərin, o cümlədən dahi öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürk başda olmaqla bütün türk böyüklərinin və 5 il öncə Türk dünyasını da şərəfləndirən Azərbaycanın Vətən savaşında qəhrəmanlıqla şəhid olan vətən övladlarının ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra isə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqalal Marşı oxunub.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və CASCFEN sədri və layihə rəhbəri Nadir Azəri salamlama çıxışı ediblər. 

Ahmet Tecim belə bir layihənin Türk dünyası üçün önəmindən bəhs edib. Qeyd olunub ki, Gəncliyə Yardım Fondu hər zaman bu cür işlərdə ön sırada olub. A.Tecim Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın öncüllüyündə türk dünyasının ötən hər gün daha da gücləndiyini bildirib. 

Nadir Azəri isə bildirib ki, 5 aylıq layhə çərçivəsində Türk dünyasının ortaq mirasının bu gündən gələcəyə daşınması üçün uşaq, yeniyetmə və gənclərə tövsiyyə xarakteri daşıyan məqalələr yazılıb, verilişlər hazırlanıb, tələbələr arasında yazı müsabiqəsi keçirilib. Ən əsası isə layihə çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində Cümhurbaşqanlığında “Bizim ailəmiz türk dünyasıdır” mövzusunda konfransa, Manisada isə eyni mövzuda dəyirmi masa keçirilib. Bu günkü təbdirlə də layihəyə yekun vurulur. 

Sonra layihə çərçivəsində Şimali Kiprdə və Manisada keçirilən təbdirlərdən görüntülərdən ibarətə videotəqdimat olub. Videotəqdimatdan sonra tədbirin moderator, Beynəlxalq Alaş Mükafatı laureatı Əkbər Qoşalı mövzu ilə bağlı məruzə edib.

Daha sonra ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Əməkdar Jurnalist Elçin Mirzəbəyli, Milli QHT Forumunun İdarə Heyətini üzvü Zaur İbrahimli, BAYRAQDAR MEDİA-nın qurucusu və  baş redaktoru Azər Həsrət, millət vəkili, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü – Vüqar İskəndərovun məruzələri dinlənilib.

Məruzələr ətrafında çıxışlar zamanı  Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir, Qazaxıstan səfirliyinin müşaviri Yedil Mırzaxanov, KKTC-nin dövlət informasiya agentliyi TAK-ın İdarə Heyətinin üzvü Alihan Pehlivan, Layihənin eksperti, Türk dünyasının ortaq mirası üzrə araşdırmaçı Vəsilə Əkbərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev və başqaları çıxış ediblər.

Çıxışlardan sonra layihəyə dəstək verən şəxslərə plaket və təşəkkür belgeleri təeqdim edilib. Bundan başqa layihə çərçivəsində Türkiyədə universitetlərdə təhsil alan türk dünyası tələbələri arasında “Bizim ailəmiz Türk dünyasıdır” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Onu da qeyd edək ki, tədbir çərçivəsində CASCFEN-lə İzmir Azərbaycan Dərnəyi arasında əməkdaşlıq protokolu imzalanıb.