17 sentyabr 2025 16:09
105

Azərbaycanda son 7 ildə könüllü vergi daxilolmaları 2 dəfədən çox artıb

2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 93,3 %-i və yaxud 14 milyard 748,9 milyon manatı könüllü bəyan etmə əsasında formalaşıb. 

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə əməletmə indikatoru 90,9 % və yaxud 10  milyard 58,2 milyon manat məbləğində təşkil edib.

Könüllü daxilolmalar 2018-ci illə müqayisədə mütləq ifadədə 2,1 dəfə, qeyri-neft sektoru üzrə isə 2,2 dəfə artıb.