Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
“İki sahil” şirkətin rəsmi saytına istinadla xəbər verir ki, sentybarın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib ki, növbəti yüklənmə sentyabrın 20-ə planlaşdırılır.
Xatırladaq ki, bu ilin avqust ayında Qazxıstan neftinin Bakı-Tbilisi-Ceyhan istiqamətində nəql dayandırılmışdı.
Bu ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunan Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın KMG şirkəti arasında neftinin tranziti barədə saziş 2022-ci ildə imzalanıb. 2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib