2025-ci ilin yekununda Azərbaycanda dövlət büdcəsinin profisitli olması gözlənilir və bu tendensiyanın 2026-cı ildə də davam edəcəyi ehtimalı yüksəkdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankınln (AMB) baş direktoru Vüqar Əhmədov qurumda keçirilmiş mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, bu ilin I yarısında cari əməliyyatlar hesabının profisitinin ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 6,4 % təşkil edib ki, bu da müsbət dinamikanı göstərir: "Növbəti iclaslarda əlavə dəqiqləşdirmələr ola bilər, lakin ciddi korreksiya gözlənilmir".
V. Əhmədov əlavə edib ki, 2025–2026-cı illərdə cari əməliyyatlar balansı üzrə müsbət saldo təxminən 3–4 milyard ABŞ dolları ətrafında olacaq.
Baş direktor Avropa İttifaqı və beynəlxalq qurumların proqnozlarının da AMB-nin övcud qiymətləndirmələri ilə üst-üstə düşdüyünü qeyd edib.
Bankir əlavə edib ki, proqnoz göstəriciləri orta müddətli dövrdə sabitliyini qoruyur və bu istiqamətdə mümkün yeniliklər barədə ictimaiyyət növbəti mətbuat konfranslarında məlumatlandırılacaq.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib