Bu ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.3 milyard dolları təşkil edib.
Bu barədə "İki sahil" Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bunun 5.2 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
"Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 5.7% azalaraq 1.1 milyard olub. Bu da onu göstərir ki, son illər xidmətlər balansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 705.2 milyon dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 342.9 milyon dollar olub", - məlumatda qeyd edilib.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib