16 sentyabr 2025 23:13
88

Tramp məni Ağ Evə dəvət etdi - Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

“İki sahil” xəbər verir ki,  o, bunu İsrail iqtisadiyyatına həsr olunmuş mətbuat konfransında deyib.

"Tramp məni Ağ Evə dəvət etdi. Bu, iki həftə sonra, bazar ertəsi, mənim BMT Baş Assambleyasında çıxışımdan sonra olacaq", - İsrailin Baş naziri deyib.

Görüş Netanyahunun bu ayın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından sonra planlaşdırılır. Daha əvvəl "Channel 12" telekanalı ABŞ-nin yüksək rütbəli rəsmilərinə istinadla xəbər verib ki, Baş nazirin Dəftərxanası onun çıxışından dərhal sonra iki liderin görüşünü koordinasiya etmək üçün Ağ Evdən xahiş edib.