Ukraynalıların 76 %-i hərbi və maliyyə yardımının davam etdiriləcəyi, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndiriləcəyi halda ölkələrinin müharibədə qələbə qazana biləcəyinə inanır.
“İki sahil” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğuda iştirak edənlərin yalnız 18 %-i sülhün 2025-ci ildə, 27 %-i 2026-cı ildə, 32%-i isə 2027-ci ildə və daha sonra əldə edilə biləcəyini gözləyir.
1023 respondentin iştirak etdiyi sorğuya əsasən, vətəndaşların 62 %-i "müharibəyə nə qədər lazımdırsa, o qədər dözməyə" hazır olduğunu bildirib.