Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı vurulan ziyana görə Cinayət Məcəlləsindəki xeyli, külli miqdar anlayışlarının həcmi dəyişdirilir, xüsusilə külli miqdar anlayışı əlavə edilir.
“İki sahil” xəbər verir ki, bununla bağlı adıçəkilən məcəlləyə dəyişiklik edilməsi təklif olunur.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan sənədə əsasən, rəqabəti məhdudlaşdırmaya görə vurulan ziyan "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür.
Hazırkı qanunvericiliyə a görə, "xeyli miqdar" dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, "külli miqdar" dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülürdü.
Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Tilsimli meşə” adlı yeni əyləncə və istirahət zonası istifadəyə verilib
ÜST-nin Baş direktoru dünyada hər 4 nəfərdən 1-nin təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib
H.Hacıyev: Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak edib