16 avqust 2026 13:12
65

65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb

Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev daş karxanalarının birində iş görərkən ehtiyatsızlıqdan ölüb.

İlkin məlumata görə, o mişardan aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.