15 sentyabr 2025 20:47
93

Mask "Tesla"nın milyonlarla səhmini satın aldı

Planetin ən varlı insanı İlon Mask, ona məxsus olan "Elon Musk Revocable Trust" fondu vasitəsilə rəhbərlik etdiyi "Tesla" şirkətinin iki milyondan çox səhmini hər biri 371-396 dollar arasında qiymətə alıb.

“İki sahil” xəbər verir ki, bu barədə interfax.ru məlumat yayıb.

Mask sentyabrın 12-də öz səhm paketini artırıb. Qeyd olunub ki, indi biznesmen 413 milyon səhmə sahibdir.

Səhmlər cümə günü 7.4% bahalaşıb, bu gün, sentyabrın 15-də onların dəyəri daha 6% artıb.

Bazarlardakı vəziyyət Maskın Donald Trampın yeni prezidentlik dövrünün ilk yarısında fəal şəkildə qoşulduğu siyasi fəaliyyətdən uzaqlaşması fonunda yaxşılaşır.

Avqustun əvvəlində "Tesla" milyarderə mükafat olaraq o zaman təxminən 29 milyard dollar dəyərində qiymətləndirilən 96 milyon səhm paketinin verilməsini təsdiqləyib. Mask bu paketi şirkətin CEO-su və ya icraçı vəzifəli şəxsi kimi daha iki il işlədiyi təqdirdə alacaq.