Rusiya-ABŞ-Ukrayna sammitinin təşkili məsələsində hazırda heç bir irəliləyiş yoxdur.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik heç bir irəliləyiş yoxdur", - D.Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp üçtərəfli sammitin çox tezliklə baş tuta biləcəyini bəyan etmişdi.