15 sentyabr 2025 14:28
93

"Euractiv": Bəzi AB ölkələri Rusiyadan gələn turistlərin ölkəyə girişini tamamilə qadağan etmək istəyir

Bəzi Aİ ölkələri Rusiyadan gələn turistlərin ölkəyə girişinə tam qadağa qoyulmasının tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

Məqalədə deyilir ki, bəzi hərbi əhval-ruhiyədə olan dövlətlər rus turistlərinin ölkəyə girişinə tam qadağa qoyulmasının tərəfdarıdır. Bu tədbir səs çoxluğu  ilə qərar qəbulunu tələb edir.

Portal xatırladır ki, Aİ-nin Rusiya ilə həmsərhəd olan əksər ölkələri artıq ruslar üçün viza verilməsini ciddi şəkildə sərtləşdirib.

Bununla belə, İtaliya, İspaniya, Yunanıstan, Fransa və Macarıstan, nəşrin qeyd etdiyi kimi, rus turist axınına ümid edir.