14 sentyabr 2025 18:28
102

Yağıntılı və küləkli hava şəraiti davam edir

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Şahdağda isə qar yağır.

İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.