Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 90,221 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Təkcə avqust ayında Türkiyə Azərbaycana 11,18 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9 % azdır.
8 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,1 % artaraq 8,736 milyard ABŞ dollarına, avqust ayında isə 2 % artaraq 1,1 milyard ABŞ dollarına çatıb.
Gəncədə 428 kilometr içməli, 380 kilometr tullantı su xətti çəkilib - FOTO/VİDEO