Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 287,8 milyon manat olub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.
8 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və yaxud ötən ilin 8 ayına nisbətən nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib