11 sentyabr 2025 15:06
126

Lukaşenko qlobal sövdələşmə TƏKLİF EDİR

Minskdə ABŞ liderinin nümayəndəsi Con Koul ilə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko respublikada Donald Trampın qeyd etdiyi məhbusların azad edilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirib. Belarus liderinin sözlərinə görə, belə bir ehtimal Minsk və Vaşinqton arasında qlobal razılaşmanın bir hissəsi kimi qiymətləndirilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

“Bu yaxınlarda Trampı dinləyəndə, başa düşdüm ki, o, özünün dediyi kimi, girovlar və ya hər hansı...məhbuslar və başqa məsələlərlə bağlı çox narahatdır”- deyə, Lukaşenko bildirib.

"Biz qətiyyən tərəfdarı deyilik ki, bu adamlar cəzaçəkmə müəssisələrində olsunlar. Üstəlik, onlar siyasətə görə məhkum olunmayıblar.  Əgər Donald israr edirsə ki, o, bütün bu azad edilmiş insanları özünə aparmağa hazırdır, gəlin qlobal sövdələşməyə çalışaq", - Belarus prezidenti təklif edib.

Eyni zamanda, o qeyd edib ki, lazım gələrsə, o, Donald Trampa Belarusdakı hər bir məhbusun “cinayət və cinayətlərinin” mahiyyətini göstərə bilər.