ABŞ-da 86,5 milyon dollar dəyərində olan qeyri-qanuni elektron siqaretlərin müsadirəsi üçün genişmiqyaslı əməliyyat keçirib. ABŞ Qida və Dərman Administrasiyası (FDA) və Gömrük və Sərhəd Mühafizəsi (CBP) birgə aksiyası zamanı 4,7 milyon məhsul müsadirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti bu əməliyyatı tarixdə ən böyük əməliyyat adlandırıb. Əməliyyat Çikaqoda keçirilib. Departamentin məlumatına görə, müsadirə edilən məhsulların əksəriyyəti rüsumları və təhlükəsizlik yoxlamalarından keçmək üçün ucuz və qeyri-dəqiq təsvirlərlə Çindən gətirilib.