11 sentyabr 2025 14:46
115

Kiprdə ümumi tətil davam edir

Kiprdə həmkarlar ittifaqlarının çağırışından sonra üç saatlıq ümumi tətil davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "Eurokerdos" nəşri məlumat yayıb.

Əsas tələb yaşayış dəyərinin avtomatik tənzimlənməsi (CoLA) sisteminin bərpasıdır. O, inflyasiyanın kompensasiyası üçün əmək haqqı və pensiyaya əlavələr nəzərdə tutur.