07 sentyabr 2025 11:11
106

ABŞ və Çin liderləri Kyoncuda görüşə bilər

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyi planlaşdırır. Oktyabrda tədbir çərçivəsində onun Çin Sədri Si Cinpinlə görüşü də mümkün ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Koreya Respublikasının sədrliyi ilə sammit oktyabrın 31-dən noyabrın 1-dək Kyoncu şəhərində keçiriləcək.

ABŞ və Çin liderləri arasında görüşün təşkili müzakirə olunur, lakin hələlik razılıq əldə edilməyib.