07 sentyabr 2025 11:00
104

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində görüş keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Görüşün gələn həftənin əvvəlində baş tutacağı gözlənilir.

İkitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı bəzi qərarların qəbulu, həmçinin əvvəllər qəbul edilmiş qərarların icrasının müzakirəsi planlaşdırılır.

Türkiyə tərəfdən nümayəndə heyətinə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıç rəhbərlik edəcək.