07 sentyabr 2025 10:49
121

Yaponiyanın baş naziri istefa vermək qərarına gəlib

Yaponiyanın baş naziri Şiqeru İşiba istefa vermək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "NHK" televiziya kanalı məlumat yayıb.

Qeyd edilib ki, o, rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında parçalanmanın qarşısını almaq üçün bu qərarı verib.

Bazar ertəsi partiya sədrinə növbədənkənar seçkilərin keçirilməsi məsələsi ilə bağlı bütün hazırkı LDP deputatları və bölgə partiya təşkilatlarının nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə yekun vurulmalı idi. İyulda keçirilən parlament seçkilərinin uğursuzluğundan sonra partiyada bir çox insan İşibanın istefasını tələb edib.