Bu gün Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib.
“İki sahil” xəbər verir ki, 1974-cü il təvəllüdlü Məlikova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib. Onun qətlində 58 yaşlı qaynı Pərviz Məlikov şübhəli bilinərək saxlanılıb.
O da məlum olub ki, qətlə yetirilən qadın səhər saatlarında “Xəzər Xəbər”in vatsap qaynar xəttinə çəkiliş üçün müraciət edib.
O, qaynının aralarında mülk üstündə yaranan problemə görə evi dagıtdığını, şüşələri sındırıb-tökdüyünü əks etdirən videoları da göndərib.
Digər səs yazılarında isə qaynı Pərviz Məlikovla aralarında yaranan mülk mübahisəsinin uzun müddətdir davam etdiyini, təhdid edildiyini bildirib.
Çəkiliş qrupu Əminə Məlikovanın ünvanına çatanda isə qadının öldüyü xəbərini eşidib.
Ətraflı süjetdə:
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə