26 oktyabr 2026 15:21
100

147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Paytaxtın Mehdiabad qəsəbəsinin 28 May və  Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Məhdudiyyət səbəbindən 147 və 179  nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib. 

Təmir işləri yekunlaşanadək 147 nömrəli müntəzəm marşrutun avtobusları  metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək. 

179 nömrəli müntəzəm marşurutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib.