İngiltərənin “Mançester Yunayted” komandası heyətinə yeni qapıçı cəlb edib.
“İki sahil” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Mançester təmsilçisi Belçikanın “Antverp” klubundan Senne Lammenslə anlaşıb.
“Qırmızı şeytanlar” bu keçid üçün qarşı tərəfə 21 milyon avro ödəyəcək.
Belçika millisinə dəvət alan Senne hələlik yığmada debüt etməyib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib