31 avqust 2025 22:06
132

Ağdamda yol qəzası olub, xəsarət alanlar var

Ağdamda 5 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yol qəzası Çəmənli kəndində qeydə alınıb.

"Toyota" markalı avtomobilin elektrik dirəyinə, sonra isə KİA markalı avtomobilə çırpılması nəticəsində rayon sakinləri; 1971-ci il təvəllüdlü Bayramov Xosrov Xəlil oğlu, 1999-cu il təvəllüdlü Bayramova Teyyubə Xosrov qızı, 1974-cü il təvəllüdlü Bayramova Gültəkin Ayxan qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nazilə Kəriş qızı və 1961-ci il Mehralıyeva Laləzar Mirzə qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

"Report"