AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Akademiyası və Lozanna Universitetinin birgə təşkil etdiyi "UEFA Diploma in Football and Leadership Management" (DFLM) təhsil proqramını uğurla başa vurub.
“İki sahil” xəbər verir ki, diplomun müdafiəsi zamanı mümkün olan maksimum balı toplayan E.Məmmədov qeyd olunmuş proqramı Fərqlənmə Diplomu (Diploma of Distinction) ilə bitirib.
Proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib.
Təqdimetmə mərasimi İsveçrənin Sierre şəhərində baş tutub.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib