“Çelsi” “Mançester Yunayted”in yetirməsi olan hücumçu Alexandro Qarnaçonu heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, argentinalı oyunçu London təmsilçisinin mətbuat xidmətinə açıqlama verib. O deyib:
"Düşünürəm ki, bu, böyük addımdır. Klubdakı vəziyyəti nəzərə alsaq, mənim və karyeram üçün doğru qərar olduğuna inanıram”.
Qeyd edək ki, "Çelsi" Qarnaço ilə 2032-ci ilə qədər müqavilə imzalayıb. 21 yaşlı vinger "Mançester Yunayted"in əsas heyətində keçirdiyi 144 oyunda 26 qol vurub, 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib