Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.
“İki sahil” xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori Gəncə klubuna keçib. 24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib. O, müqavilə əsasında Bakı təmsilçisinə məxsusdur.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib