Ötən gecə UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Universitatya Krayova” (Ruminiya) – “Başakşəhər” (Türkiyə) görüşündə qəribə hal yaşanıb.
“İki sahil” xəbər verir ki, oyunun baş hakimi Daniel Şlager qeyri-adi qərarı ilə diqqət çəkib.
Belə ki, almaniyalı hakim meydan sahiblərinin üçüncü qolundan sonra spikerin emosional anonsuna görə ona qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş Rumıniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb və onlar UEFA Konfrans Liqqasının liqa mərhələsinə yüksəliblər.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib