Ötən gün Laçında IX “Muğam” Televiziya Müsabiqəsinə yekun vurulub.
“İki sahil” xəbər verir ki, 8-16 yaşında yeniyetmələr arasında birinci yerə xanəndə Əhəd Ağayev layiq görülüb.
Əhəd Azərbaycan tamaşaçısına tanış simadır. Belə ki, 9 yaşlı xanəndənin də daxil olduğu muğam üçlüyü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Ağdam Muğam Mərkəzinin açılışındakı konsertdə marağa səbəb olmuşdu.
Azyaşlı xanəndələr “Qarabağ şikəstəsi”ni ifa edən zaman dövlət başçısı kövrəlmiş, onları ayaq üstə alqışlamışdı. Daha sonra Prezidentlə xanımı səhnəyə qalxaraq hər üç ifaçı ilə tək-tək görüşmüşdü.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək