“Arsenal” “Kristal Pelas”dan yarımmüdafiəçi Ebereçi Ezeni transfer edib.
“İki sahil” xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun rəsmi açıqlamasında qeyd olunub:
“Ebereçi 10 nömrəli formanı geyinəcək və bu həftəsonu "Lids Yunayted"lə oyundan sonra yeni komanda yoldaşlarına qoşulacaq. "Arsenal"da hər kəs onu komandada salamlayır. Transferin tamamlanması normativ prosedurların yekunlaşmasına bağlıdır”.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm 43 oyunda çıxış edərək, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb