Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.
“İki sahil” xəbər verir ki, yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.
Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb