“Arsenal”ın qapıçısı Karl Heyn karyerasını Almaniyada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, o, icarə əsasında "Verder"ə keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Heyn ötən mövsümü icarə əsasında “Valyadolid”də keçirib. Estoniyalı futbolçu La Liqada 31 oyuna çıxıb və 68 qol buraxıb.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb