Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev Xankəndi şəhərinə səfər ediblər.
“İki sahil” xəbər verir ki, səfər zamanı onlar şəhər sakinləri ilə görüşüb, şəhərdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər.
Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkərək, görülən tikinti işlərinə şahidlik ediblər.
Qonaqlara yaxın vaxtlarda stadionun yenidənqurma prosesinin başa çatacağı bildirilib.
Qeyd edək ki, proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, mədəni və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirlər icra olunur. Dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların azad edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb