"Yuventus" yarımmüdafiəçisi Duqlas Luisi icarəyə göndərib.
“İki sahil” xəbər verir ki, 27 yaşlı oyunçu "Nottingem Forest" klubuna keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək. "Nottingem Forest" futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, Duqlas Luis daha əvvəl - 2017-2024-cü illərdə İngiltərədə "Mançester Siti" və "Aston Villa" klublarında çıxış edib.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb