İtaliyanın “Napoli” klubu Yunanıstan təmsilçisi “Olimpiakos”la yoldaşlıq oyununda zədələnən Romelu Lukakunun əvəzinə hücumçu axtarır.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Yunayted”dən Rasmus Hoylund, “Roma”dan Artyom Dovbik və “Sassuolo”dan Andrea Pinamontini transfer gündəminə daxil edib.
“Napoli” rəhbərliyi transfer pəncərəsinin sonunadək bu üç futbolçudan birinin keçidini rəsmiləşdirməyi planlaşdırır.
Tibbi müayinədən sonra R.Lukakunun sol bud əzələsində yırtıq müəyyən edilib. Ulduz futbolçunun müalicə müddətinin ən azı 3 ay davam edəcəyi və onun yaşıl meydanlara 2026-cı ilin yanvarında qayıdacağı gözlənilir.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb