Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal komandası iştirak ərizəsini UEFA-ya göndərib.
“İki sahil” xəbər verir ki, siyahıda 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb.
Qapıçılar: 1.Emin Kürdov, 12.Rövşən Hüseynli
Oyunçular: 7.Xəzər Ağalızadə, 20.Ədalət Ələkbərov, 8.Ülvi Əliyev, 6.Mirzə Əmirov, 21.Filipinyo, 98.Karlos Bertuola, 10.Perruzo, 49.Covanni, 3.Qüdrət Qasımzadə, 29.Luicci Lonqo, 9.Alleks Rezende, 15.Aleks Teyşeyra
Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupun oyunları Avstriyanın Linz şəhərində keçiriləcək. Komanda avqustun 27-də Şimali İrlandiyanın "Sparta Belfast", bir gün sonra Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" (Avstriya) kollektivi ilə qarşılaşacaq.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb